Füzuli Rayon Vergilər Şöbəsində Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) fəaliyyətə başlayıb.
Banker.az xəbər verir ki, bununla bağlı Dövlət Vergi Xidməti açıqlama yayıb.
Qeyd edək ki, 8 saylı Ərazi Vergilər İdarəsinin Beyləqanda yerləşən xidmət mərkəzi ilə Füzuli rayonunun Horadiz şəhəri və bir sıra kəndləri arasında məsafə uzaq idi. Buna görə də, yeni mərkəzə ehtiyac yaranmışdı.