9 C
Baku
Thursday, December 12, 2024

İraqda $2.5 mlrd. oğurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Xəbər verdiyimiz kimi, oktyabrın 16-da İraqda Baş Vergi İdarəsinin dövlət bankındakı 2.5 milyard dollarlıq əmanəti oğurlanıb. Maliyyə Nazirliyi araşdırmaya başlamaq üçün dövlətin Şəffaflıq İnstitutuna rəsmi məktub göndərib.

Banker.az İraqın Rəsmi Xəbər Agentliyinə (INA) istinadən xəbər verir ki, istintaq çərçivəsində məhkəmə 3 nəfər barəsində həbs və ölkədən çıxışa qadağa qoyulması barədə qərar verib.

İraqın daxili işlər naziri Osman Qənimi bildirib ki, şübhəlilərdən biri olan Nur Zuhayr Casim şəxsi təyyarə ilə xaricə qaçmaq istəyərkən hava limanında təyin olunmuş xüsusi qrup tərəfindən tutularaq həbs edilib.

Həmçinin, Prokurorluğun tələbi ilə məhkəmə Maliyyə Nazirliyinin vergi idarəsinin müxtəlif şöbələrində müdir vəzifəsində çalışan və hazırda ittiham olunan 5 şəxsin ölkədən çıxışına qadağa qoyulması barədə qərar qəbul edib.

 

Son xəbərlər
Digər xəbərlər