10 C
Baku
Monday, November 25, 2024

Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikintilərə yerləşdirilən ünvan lövhələri dövlət mülkiyyəti hesab ediləcək

Dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektlərinə yerləşdirilmiş ünvan lövhələri dövlət mülkiyyəti hesab ediləcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliklə “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları” yeni bənd əlavə edilib. Yeni bəndə əsasən, dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektlərinə yerləşdirilmiş ünvan lövhələri dövlət mülkiyyəti hesab ediləcək. Ünvan lövhələrinin qəsdən məhv edilməsində və ya zədələnməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər