11 C
Baku
Monday, November 25, 2024

Ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi ilə bağlı dəymiş zərəri təqsirli olan şəxslər ödəyəcək

Ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi ilə bağlı dəymiş zərəri onların qəsdən məhv edilməsində və ya zədələnməsində təqsirli olan şəxslər ödəyəcəklər.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Fərmana əlavə edilmiş digər yeni bəndlə isə daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyən etmək və mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək məqsədilə yerli icra hakimiyyəti orqanları mütəmadi monitorinq keçirəcək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə bu barədə aidiyyəti üzrə məlumat verəcəklər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər