17 C
Baku
Sunday, May 12, 2024

İsrail Livanla su sərhədlərinin demarkasiyası haqda razılaşmanı təsdiqləyib

İsrail hökuməti Livanla su sərhədlərinin demarkasiyası haqda razılaşmanı təsdiqləyib.

Bu barədə İsrail Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanın Nazirlər Kabinetinin növbədənkənar iclasında təsdiq edildiyi vurğulanıb.

İsrail Baş Naziri Yair Lapid iclasda çıxışı zamanı Livanla su sərhədlərinin demarkasiyası haqda razılaşmanın əldə olunmasını tarixi uğur adlandırıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər