“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı Avrasiya bazarları üçün yeni imkanlar açacaq”

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) inkişafı Avrasiya bazarları üçün yeni imkanlar açacaq”.

Bunu Prezident Kasım-Jomart Tokayev MDB Hökumət Başçıları Şurasının üzvləri ilə görüşündə deyib.

“Bu mövzu getdikcə aktuallaşır. İnanıram ki, MDB-yə üzv dövlətlər İran, Fars körfəzi və Hindistana çıxışın təmin edilməsi yolu ilə “Şimal-Cənub” marşrutu istiqamətində ticarəti inkişaf etdirərək mövcud potensialın inkişafı üçün birgə çalışacaqlar”, – dövlət başçısı vurğulayıb.

O, maneələrin aradan qaldırılmasına, proteksionizmin qarşısının alınmasına, əlverişli tarif şəraitinin yaradılmasına, MDB məkanında inzibati prosedurların sadələşdirilməsinə çağırıb.

Onun sözlərinə görə, MDB məkanında iqtisadi-ticarət əməkdaşlığının inkişafına diqqət yetirmək lazımdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər