Müəyyən edilmiş 300 min nəfərlik səfərbərlik tapşırığı uğurla yerinə yetirilib, başqa səfərbərlik tapşırığı nəzərdə tutulmayıb.
Bu barədə cümə günü Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinə məlumat verib.
“Sizin qarşıya qoyduğunuz 300 min nəfərlik səfərbərlik tapşırığı yerinə yetirilib. Heç bir əlavə tapşırıq nəzərdə tutulmayıb. Hərbi komissarlıqlar xüsusi hərbi əməliyyat çərçivəsində yalnız könüllüləri və müqavilə əsasında hərbi xidmətə namizədləri qəbul etməklə qoşunların tərkibini artırmaqda davam edəcəklər”, – deyə Şoyqu bildirib.