11 C
Baku
Sunday, November 17, 2024

BƏƏ-nin energetika naziri: “Dünya indikindən 30% daha çox enerji istehsal etməlidir”

Neft sənayesinə investisiyalar sıfıra endirilsə, qlobal neft hasilatı hər il gündəlik 5 mln. barel azalacaq.

Bu barədə BƏƏ-nin sənaye naziri və Əbu-Dabinin dövlət neft şirkəti ADNOC-un baş direktoru Sultan Əhməd Əl Cabir açıqlama verib.

“Məlumatlar açıq şəkildə göstərir ki, əgər biz karbohidrogenlərə investisiyaları sıfıra endirsək, o zaman hasilatın təbii azalması səbəbindən biz hazırkı hasilat səviyyəsindən hər il gündə 5 mln. barel neft itirəcəyik. Bu il yaşadığımız şok bizə kiçik bir titrəyiş kimi görünəcək “, – Sultan Əl Cabir qeyd edib.

Onun sözlərinə görə, cari il dünya iqtisadiyyatının tərəqqisinin təmin edilməsində enerji təhlükəsizliyi məsələsinin əsas olduğunu əyani şəkildə göstərdi. Və 2045-ci ilə qədər dünya əhalisinin proqnozlaşdırılan artımının 9.5 mlrd. nəfərə çatacağını nəzərə alsaq, dünya indikindən 30% daha çox enerji istehsal etməlidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər