Ehtiyatda olan vətəndaşların hərbi xidmətə çağırılması ilə bağlı qismən səfərbərlik çərçivəsində bütün tədbirlər başa çatıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qismən səfərbərlik üçün istifadə edilən toplama məntəqələri əvvəlki təyinatına uyğun olaraq fəaliyyətinə davam edəcək. Eyni zamanda, ehtiyatda olan vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasına cəlb olunan hərbi komissarlıqların şəxsi heyətinə də adi qaydada öz vəzifələrinə qayıtmaları barədə göstəriş verilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib.