9 C
Baku
Friday, November 29, 2024

Sunak Britaniyada büdcə defisitini vergiləri artırmaqla bağlamaq istəyir

Böyük Britaniyanın Baş naziri Rişi Sunak hökumət büdcəsindəki 50 milyard funt-sterlinq (57,5 milyard ABŞ dolları) kəsiri aradan qaldırmaq üçün vergiləri artırmağa hazırlaşır.

Bu barədə Britaniyanın Maliyyə Nazirliyindəki mənbələrə istinadən “Financial Times” (FT) qəzeti yazıb.

Nəşr yazıb ki, Sunak və maliyyə naziri Ceremi Hant oktyabrın 31-də vergi artımı barədə razılığa gəliblər. “Bu, çətin olacaq. Əgər biz dövlət xidmətlərini saxlamaq istəsək, hər kəs daha çox vergi ödəməli olacaq”, – qəzet Maliyyə Nazirliyinin adının açıqlanmasını istəməyən əməkdaşının sözlərindən sitat gətirib.

“Financial Times”ın mənbəyi əlavə edib ki, koronavirus pandemiyası və elektrik enerjisi ödənişlərinin ödənilməsinə kütləvi dəstək səbəbilə yüz milyardlarla funt sterlinq borc götürdükdən sonra büdcə boşluğunu təkcə xərclərin azaldılması ilə doldurmaq mümkün deyil.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər