7 C
Baku
Sunday, December 15, 2024

Hulusi Akar: “10 mln. tona yaxın taxıl dünya bazarına ixrac olunub”

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oliksiy Reznikov və eləcə də bu ölkənin infrastuktur naziri Oleksandr Kubrakov ilə telefonla danışıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlar taxıl ixracı məsələsini müzakirə ediblər.

H.Akar bu prosesin müharibədən asılı olmayaraq reallaşmasının zəruriliyini vurğulayıb.

Türkiyənin milli müdafiə naziri deyib ki, Türkiyə regionda sülhün təmin olunması təşəbbüslərini bundan sonra da davam etdirəcək: “İndiyədək təxminən 10 milyon tona yaxın taxıl dünya bazarına ixrac olunub. Bu, qlobal qida böhranının aradan qaldırılmasına böyük töhfə verib”.

Xatırladaq ki, daha əvvəl ötən gün H.Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər