Hesablama Palatası (HP) “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”ndakı tədbirlərin bir hissəsinin gələn ilin dövlət büdcəsində nəzərə alındığı, bir hissəsinin isə dövlət büdcəsinin müvafiq göstəricilərində birbaşa əks etdirilmədiyi qənaətinə gəlib.
Bu barədə Palatanın “Büdcə zərfi”nə verdiyi rəydə bildirilir.
Sənəddə deyilir ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsində Strategiyanın maliyyə tutumunun göstərilməsi fonunda Strategiya üzrə proqnozlaşdırılmış xərclərin tədbirlər üzrə bölgüsünü əks etdirilməməsi və aidiyyəti xərc istiqamətləri üzrə verilməməsi büdcə layihəsinin strateji sənədə uyğunluğunun qiymətləndirilməsinə təsir edib.