Pensiyaçıların sayında baş verən azalma 2018-ci ildən başlayaraq müşahidə edilir.
Bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Rəydə qeyd edilib ki, ki, bu da 2017-ci ilin 01 iyul tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişiklikdən sonrakı dövrdə pensiya təyinatı üzrə müəyyən edilmiş şərtlərin əvvəlki illərlə müqayisədə sərtləşdirilməsi və nəticədə pensiya hüququ qazanan şəxslərin sayının qeydiyyatdan çıxarılan şəxslərin sayından az olması ilə əlaqədardır.
2020-ci illə müqayisədə 2021-ci ildə yeni qeydiyyata alınmış pensiya işlərinin sayında müşahidə olunan nəzərəçarpacaq artım əsasən həmin dövrdə yaşa və ailə başçısını itirməyə görə pensiya növləri üzrə pensiya hüququ qazanmış şəxslərin sayında artım hesabına formalaşıb. Cari ilin I yarısında isə ümumilikdə 25921 yeni pensiya işi qeydiyyata alınıb ki, bu da əvvəlki ilin illik göstəricisinin 57.4%-i səviyyəsindədir.
Cari ilin birinci yarısında uçotdan çıxarılmış pensiya işlərinin sayı 2021-ci ildə uçotdan çıxarılmış pensiya işlərinin sayının 86.6%-i həcmində olub.
Cari ildə tempin yüksək olması əsasən əlilliyə görə pensiya işlərinin uçotdan çıxarılması hesabına baş verib.
Hazırda mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya təyinatı üçün müraciət etmiş şəxsin 2006-cı ilin 1 yanvar tarixinədək 24 il sığorta (əmək) stajı olduğu, 2006-cı ilin yanvar ayından 2018-ci ilin iyul ayınadək olan, eləcə də sonrakı dövrdə isə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı halda ona əmək pensiyasının təyin edilməsindən imtinaya dair qərar qəbul edilir. Başqa sözlə, şəxsin 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrdə ölkə iqtisadiyyatının formalaşmasında iştirak etməsinə və sosial sığorta haqqı ödəməsinə baxmayaraq, nəticədə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi həmin şəxsin pensiya hüququndan məhrum olmasına səbəb olur.
Fond tərəfindən təqdim edilmiş məlumatlara əsasən növbəti ilin əvvəlində pensiyaçıların sayının 1118.1 min nəfər, ilin sonuna isə 1127.3 min nəfər olacağı proqnozlaşdırılır. Başqa sözlə, növbəti ilin əvvəli ilə müqayisədə sonunda pensiyaçıların sayında müsbət dinamikanın olacağı proqnozlaşdırılır ki, bu da həm kişilər üzrə yaşa görə pensiyanın təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinin sabitləşməsi, müraciət hüququ qazanan şəxslərin sayının artması nəticəsində yeni təyin e