3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda dövlət istiqrazlarına maraq düşür, gəlirlilik günbəgün artır

1 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin (AZ0108030948 ISIN-li) 20 mln. manat həcmində, 5 illik, yaxud 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az BFB-yə istinadla xəbər verir ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 83.8628 (10.2%) manat və 88.2420 (8.9697%) manat olan 16 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 86.3213 (9.5%) manat, orta ölçülmüş qiyməti 86.9708 (9.3191%) manat müəyyən edilmişdir. Yəni, DOİ-lərin kəsmə gəlirliliyi 9.5%, orta ölçülü qiyməti isə 9.31% təşkil edib. Sonuncu 5 illik dövlət istiqrazlarının hərracı 4 oktyabrda keçirilmiş və gəlirlilik 8.76% təşkil etmişdi.

 

Bu gün keçirlən hərracda sifarişlərin nominal qiymətlə ümumi məbləği 48 351 000  manat, yerləşdirilmiş həcmi isə 20 000 000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 26 oktyabr 2027-ci il.

Hərrac iştirakçıları 2 noyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər, lakin göründüyü kimi dövlət istiqrazlarına maraq azalıb.

 

Son xəbərlər
Digər xəbərlər