9 C
Baku
Thursday, December 12, 2024

“Toyota” Rusiyada $655 mln. itirib

Yaponiyanın “Toyota” avtokonserni ikinci rübünün maliyyə hesabatını dərc edib. Bundan görünür ki, şirkət Rusiya bazarından çıxması səbəbindən 655 milyon dollar itirib. Qeyd edildiyi kimi, “Toyota”nın bu dövr üçün gəliri 2021-ci illə müqayisədə artıb.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Rüb ərzində “Toyota”nın gəliri ötən illə müqayisədə 14.4% artaraq 119.5 milyard dollar təşkil edib. Maliyyə hesabatının dərcindən sonra “Toyota Motor Corporation”ın səhmləri Tokio birjasında 1.94% ucuzlaşıb.

Hesabata görə, “Toyota” 2023-cü ilin martında başa çatan maliyyə ilində istehsal hədəfini 9.7 milyon avtomobildən 9.2 milyon ədədə endirib. “Toyota” bu məqsədlə 242.8 milyard dollar qazanacağını və 16.2 milyard dollar mənfəət əldə edəcəyini gözləyir. “Bloomberg” sorğusunda iştirak edən analitiklər daha optimist idilər və avtomobil istehsalçısının 20,1 milyard dollar mənfəət əldə edəcəyini proqnozlaşdırdılar.

Son xəbərlər
Digər xəbərlər