®AFB Bankın Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində “Talassemiyasız yaşam üçün” – “Qan ver, həyat qurtar!” şüarı altında qanvermə aksiyası baş tutub.
Aksiya, Zəfər günü öncəsi AFB Bank və Milli Hematologiya və Transfiziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə əməkdaşlar arasında könüllü şəkildə həyata keçirilib.
Bankın mərkəzi ofisində təşkil olunan aksiyada iştirak edərək, qana ehtiyacı olan insanlara dəstək olan işçilərin ilk olaraq sağlamlıq vəziyyəti həkim hemotoloqlar tərəfindən yoxlanılmış və daha sonra qan götürülmüşdür.
Yığılan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.
Ölkənin ən dinamik inkişaf edən banklarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.
Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.