12 C
Baku
Saturday, November 23, 2024

İran dekabrda “Qazprom” ilə müqavilələrin imzalanmasını gözləyir

İran dekabrda Rusiyanın “Qazprom” şirkəti ilə 40 mlrd. dollarlıq müqavilələr imzalamağı gözləyir.

Bunu İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri deyib.

Məlumata görə, İran Milli Neft Şirkəti (NIOC) və “Qazprom” iyul ayında “Kiş” və “Şimali Pars” qaz yataqlarının, altı neft yatağının işlənməsi və “Cənubi Pars” yatağında təzyiqin saxlanması üçün yardım nəzərdə tutan memorandum imzalayıblar. Bundan başqa, sənəd təbii qaz və neft məhsulları ilə mübadilə əməliyyatlarını, LNG layihələrinin həyata keçirilməsini, ixrac qaz kəmərlərinin tikintisini əhatə edir.

İranın “Shana” agentliyi şirkətlər arasında potensial sövdələşmənin həcminin 40 milyard dollar olduğunu bildirib: “Rusiyanın “Qazprom” şirkəti ilə razılaşma ilə bağlı təxminən 6,5 mlrd. dollar saziş şəklini alıb. Ümid edirik ki, qalan 40 mlrd. dollarlıq razılaşmalar gələn ay müqaviləyə çevriləcək. Hazırda onlarla bağlı danışıqlar aparılır”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər