14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda özəlləşdirilən dövlət əmlakı bəzi vergilərdən azad olunur

Azərbaycanda gələn ildən özəlləşdirilən dövlət əmlakının, əmlak və torpaq vergisindən azad edilməsi nəzərdə tutulub.

Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət əmlakının özəlləşdirilməsi üzrə dövlət proqramlarına uyğun olaraq 2023-cü il yanvarın 1-dən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus əmlaklar özəlləşdirmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak və torpaq vergisindən azad olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər