Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinin ratifikasiyası ilə bağlı müzakirələrin nə vaxt təyin ediləcəyinə Macarıstan parlamenti qərar verəcək.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto mətbuat konfransında deyib.
Siyarto bildirib ki, hökumət müvafiq qanun layihəsini parlamentə təqdim etməklə öz işini görüb.
Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu Macarıstan və Türkiyə parlamentləri hələ ratifikasiya etməyib.