12 C
Baku
Tuesday, May 7, 2024

“Microsoft” Ukraynaya 100 mln. dollar yardım göstərəcək

“Microsoft” şirkəti Ukraynaya texnoloji dəstəyini artıracaq.

Bunu şirkətin vitse-prezidenti Bred Smit Ukraynanın rəqəmsal transformasiya naziri Mixailo Fedorov ilə görüşündə deyib.

O bildirib ki, gələn il Ukraynaya 100 milyon dollar məbləğində əlavə yardım göstərməyi düşünür:

“Bu yardım Ukraynadakı dövlət qurumlarının, infrastruktur obyektlərinin və digər sektorların öz rəqəmsal infrastrukturunu idarə etməyə və bulud vasitəsilə vətəndaşlara xidmət göstərməyə davam etməsini təmin edəcək”.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər