Bir dəfə qədim zamanlarda qoca bir baba öz nəvəsinə olduqca vacib bir həyatı gerçəyi açıqlayır:
– Hər bir insanın daxilində çox gərgin bir mübarizə gedir. Bu mübarizə iki canavarın döyüşünü xatırladır. Canavarlardan biri “şəri” təmsil edir: paxıllıq, qısqanclıq, təəssüf, eqoizm, ambisiya, yalan və s. Digər canavar isə “xeyri” təmsil edir: sülh, sevgi, ümid, həqiqət, xeyirxahlıq, sədaqət və s.
Babasının sözlərindən qəlbinin dərinliklərinə qədər təsirlənən nəvə bir az fikrə gedir və sonra soruşur:
– Bəs, sonda hansı canavar qalib gəlir?
Qoca gülümsəyir və cavab verir:
-Həmişə o canavar qalib gəlir ki, ona yemi sən verirsən.