Rumıniya Norveç hökumətindən 32 ədəd F-16 təyyarəsi alır.
Bu barədə Rumıniya Mili Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qırıcıların alınmasına dair müqavilə cümə günü imzalanıb.
Müqavilənin dəyəri, 388 milyon avrodur.
İlk təyyarə 2023-cü ilin sonunda Rumıniyaya təhvil veriləcək.