10 C
Baku
Saturday, November 23, 2024

“Birkart BOKT”a böyük yatırım edildi

“Kapital Bank” ASC-yə məxusus olan “Birkart Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 31 milyon manata çatıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

“Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı  9.7 milyon manat, yaxud 46% artırılmaqla 30.94 milyon manata çatıb.

İlin əvvəlində, onun nizamnamə kapitalı 8.54 milyon manat idi. Son 9 ay ərzində kapitalı 23.2 milyon manat artırılıb.

Bununla da, ölkədə səhm kapitalına görə, “Para Bank” ASC-nin varisi olan “Para” BOKT ASC-dən sonra ikinci ən böyük bank olmayan kredit təşkilatına çevrilib. Sonuncu reytinqdə ilk 4-lükdə yer alırdı (Aqrar Kredit BOKT sayılmadan).

Qeyd edək ki, “Birkart BOKT” 2018-ci ildə yaradılıb. Ötən il açıqlanan məlumata görə BOKT özü “PAŞA Holdinq” MMC-nin törəməsi olan “Competo” MMC ekosistem şirkətində pay alıb. Hazırda 28 xidmət şəbəkəsinə malikdir.

Son xəbərlər
Digər xəbərlər