14 C
Baku
Saturday, November 23, 2024

Rusiya ordusu 3 istiqamətdən hücuma keçib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə ilə bağlı son vəziyyəti açıqlayıb.

Rəsmi açıqlamada ümumilikdə 14 yaşayış məntəqəsində hücumların dəf edildiyi bildirilib.

Qeyd olunub ki, Luqansk və Donetsk vilayətlərində təmas xətti boyunca gərginlik davam edib. Belə ki, Ukraynanın Baxmutsk, Avdeyevsk, Novopavlovsk yaşayış məntəqələri istiqamətində hücum edilib.

Xatırladaq ki, müharibə bu il 24 fevralda Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayıb. Daha sonra Rusiya“Donetsk XR”, “Luqansk XR”, Xerson və Zaporojye vilayətlərini birtərəfli qaydada ilhaq edib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər