15 C
Baku
Sunday, November 24, 2024

ABŞ Şimali Koreya liderinə görüşməyi təklif edib

ABŞ administrasiyası Şimali Koreya lideri Kim Çen In və onun nümayəndələrinə Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı qeyd-şərtsiz görüş keçirməyi təklif etməkdə davam edir, lakin rəsmi Pxenyan buna maraq göstərmir.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, ABŞ Şimali Koreyanın raket buraxılışları ilə bağlı təxribatlarını ciddi qəbul etməlidir:

“Məhz bu səbəbdən ABŞ yarımadanın nüvəsizləşdirilməsi üçün diplomatik yolu müzakirə etmək üçün Kim Çen In və onun hökumətinin nümayəndələri ilə qeyd-şərtsiz görüş təklif etməyə davam edir”.

O əlavə edib ki, Vaşinqton Kim Çen Inın bu cür görüşlərdə maraqlı olduğuna dair heç bir əlamət görmür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər