Nüvə müharibəsinin qalibi olmayacaq. Bu mesajı konkret olaraq veririk.
Bunu Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq NTV-yə müsahibəsində deyib.
O qeyd edib ki, Rusiyanın nüvə silahı ilə bağlı mövqeyində hər hansı dəyişiklik yoxdur.
NATO Baş katibi vurğulayıb ki, Putin NATO-nun Ukraynaya dəstəyini və Alyansın birliyini çox ciddiyə almayıb, böyük strateji səhvlərə yol verib: “Ukraynaya dəstəyi davam etdirməyimiz əhəmiyyətlidir. Putin qalib gəlsə, sadəcə Ukrayna üçün fəlakət olmayacaq. Rusiya Ukraynada qalib gəlsə, bu, bütün dünyanın ziyanına olacaq. Hamımız üçün Ukraynanın qalib gəlməsi, Putin məğlub olması önəmlidir”.