Avropa İttifaqı (Aİ) noyabrın 8-da Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımı göstərmək üçün yeni plan təklif edəcək.
Bu barədə “Bloomberg” agentliyi yazıb.
Bildirilib ki, plan 2023-cü ildə Ukraynanın maliyyə xərclərinin ödənilməsi üçün əsasları müəyyən edəcək və bərpa işlərinə yol açacaq.
Agentliyin məlumatına görə, plan ABŞ və Ukraynanın tənqidindən sonra maliyyə dəstəyində daha çox proqnozlaşdırıla bilənliyi təmin etmək məqsədi daşıyır.