Qazaxıstan gələn ildən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ildə 1.5 mln. ton neft nəql etməyə başlamağı planlaşdırır.
Bu barədə cümə axşamı jurnalistlərə respublikanın baş naziri Alixan Smailov məlumat verib.
“Xüsusən, indi Bakı-Tbilisi-Ceyhan vasitəsilə bizim gələn il yanvarın 1-dən bu istiqamətdə 1.5 mln. ton neft göndərilməsi ilə bağlı razılaşmamız var və onun 6-6.5 mln. tona çatdırılması üzərində iş gedir”, – deyə o bildirib. .
Onun sözlərinə görə, Qazaxıstanda neft ixracının şaxələndirilməsi çərçivəsində xüsusi yol xəritəsi hazırlanıb. İstiqamətlər sırasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa boru kəmərlərləri, Atıraudan Batumi və Özbəkistana dəmir yolları və Çin var.
“Bütün bu istiqamətlərdə hazırda neft ixracı potensialının genişləndirilməsi və artırılması sahəsində işlər aparılır”, – Alixan Smailov qeyd edib.