14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda qiymət artımları davam edir – İllik inflyasiya rəsmən 14%-ə çatdı

2022-ci ilin oktyabrında ölkədə illik inflyasiya 13.4%-dən 13.7%-ə yüksəlib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

Bildirilir ki, cari ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 113.7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119.4 faiz, qeyri-ərzaq məhsulları üzrə 107.9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110.4 faiz təşkil etmişdir.

Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101.6 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 115.6 faiz təşkil etmişdir.

uququuqqu

2022-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102.2 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 121.0 faiz təşkil edib.

234324234

2022-ci ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, makaron məmulatlarının, peçenyenin, vaflinin, mal, qoyun və toyuq ətinin, təzə balığın, südün, yoqurtun, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, portağalın, bananın, pomidorun, kartofun, soğanın, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən almanın, naringinin, limonun, xiyarın, kələmin, balqabağın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101.3 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 110.9 faiz təşkil edib. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, boyaların, mebellərin, paltaryuyan maşınların, televizorların, kompüterlərin, xalçaların, sabunların, diş pastalarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.9 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 112.0 faiz təşkil edib. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, ayaqqabıların, məişət cihazlarının, minik avtomobillərinin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər
Digər xəbərlər