14 C
Baku
Sunday, November 24, 2024

Deputat informasiya təhlükəsizliyinə ayrıca vəsait ayrılmasını təklif edib

“Azərbaycanın dövlət büdcəsindən ölkənin informasiya təhlükəsizliyinə ayrıca vəsait ayrılmalıdır”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Elşad Mirbəşir deyib.

“İnformasiya təhlükəsizliyinin təmin olunması olduqca vacibdir. Həm siyasi, həm də psixoloji amillər nəzərə alınaraq informasiya məkanında lazımi kontentin formalaşdırılması üçün xərclər artırılmalıdır”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər