Türkiyə İsrailə səfir təyin edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Rəsmi Qəzet”də dərc olunan fərmana əsasən Şakir Özkan Torunlar Türkiyənin İsraildəki səfiri təyin olunub.
Şakir Özkan Torunlar 1982-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1983-cü ildən Xarici İşlər Nazirliyində çalışmağa başlayıb.
O, müxtəlif ölkələrdə səfir vəzifələrində çalışıb. 2008-2010-cu illərdə Banqladeşdə səfir, 2010-2014-cü illərdə isə Qüds baş konsulu vəzifəsində Fələstində səfir vəzifəsinin səlahiyyətlərini icra edib. Eyni zamanda 2017-ci ildən 2021-ci ilin mayına qədər Hindistanda səfir olub.