Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımının ayrılması məsələsi Avropa İttifaqında (Aİ) ciddi mübahisəyə səbəb olub, çünki vəsaitin nədən ibarət olacağı və hər bir ölkənin nə qədər pul ayıracağı bəlli deyil.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr qeyd edib ki, Aİ vəsaitin böyük hissəsinin ABŞ tərəfindən kompensasiya ediləcəyinə, qalan vəsaitin isə beynəlxalq maliyyə təşkilatlarından kreditlər şəklində gələcəyinə ümid edir.
Avropa Komissiyası kapital bazarlarına lazımi vəsaitlərin cəlb edilməsinə dəstək məqsədilə büdcəsinin xüsusi hissəsindən vəsait ayırmaq niyyətindədir.