7 C
Baku
Thursday, December 26, 2024

Ukraynanın işğal altında olan daha bir şəhərində Rusiya bayrağı yığışdırılıb

Ukraynanın işğal altındakı Melitopol şəhərində mərkəzi meydandan Rusiya bayrağı yığışdırılıb.

Bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Xatırladaq ki, daha öncə Rusiya bayraqları Xerson şəhərinin inzibati binaları və meydanlarından yığışdırılmağa başlayıb. Bölgədəki qondarma hakimiyyət bunun Rusiyanı şəhəri tərk etməsi ilə əlaqəli olmadığını vurğulasa da, Moskva noyabrın 9-da Xerson şəhərindən çıxacağını elan edib. Noyabrın 11-də isə Ukrayna Ordusu şəhərə daxil olub. Şəhər martın 3-dən Rusiya qüvvələrinin işğalı altında idi.

Son xəbərlər
Digər xəbərlər