16 C
Baku
Wednesday, October 30, 2024

Yeni Zelandiya Ukraynaya hərbi yardımı genişləndirəcək

Yeni Zelandiya Ukrayna Silahlı Qüvvələrinə hərbi təlimlər keçmək üçün daha 66 hərbçisini Böyük Britaniyaya göndərəcək.

Bu barədə Yeni Zelandiya Silahlı Qüvvələrinin saytında bildirilir.

“Onlar Ukraynanın özünümüdafiə qabiliyyətini artırmaq üçün işləməyə davam edəcəklər. Qrupun tərkibi 31 iyul 2023-cü ilə qədər tamamlanmalıdır”, – Yeni Zelandiya Birləşmiş Qüvvələrinin komandanı kontr-admiral Cim Gilmor deyib.

Onun sözlərinə görə, Yeni Zelandiya Silahlı Qüvvələri Ukraynanın müdafiəsinə dəstək vermək üzrə beynəlxalq səylərdə rolunu davam etdirəcək.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinə dəstək vermək üçün Yeni Zelandiyanın artıq 135 hərbçisi Britaniya və Avropaya göndərilib.

Son xəbərlər
Digər xəbərlər