12 C
Baku
Saturday, November 23, 2024

“Moody’s”: Gələn il qlobal iqtisadi artım azalacaq

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi gələn il üzrə qlobal iqtisadi artım proqnozunu azaldıb.

Böyük iyirmilik (G-20) ölkələrinin iqtisadiyyatları üçün artım proqnozları azaldılıb. Belə ki, “Moody’s” bu ölkələr üzrə real ÜDM-in 2022-ci il üzrə artımı proqnozunu 2.5% olaraq saxlayıb. 2023-cü il üçün proqnozu isə 2.1%-dən 1.3%-ə endirib. Agentlik bunu gələn il qabaqcıl iqtisadiyyatlarda, xüsusən də Avropa və Şimali Amerikada iqtisadi fəallığın azalması isə əsaslandırıb. “Moody’s” 2024-cü il üzrə isə 2.2%-lik artım proqnozlaşdırıb.

“Moody’s” ümumilikdə üç əsas problemin pandemiyadan sonrakı bərpa prosesinə zərər vurduğunu qeyd edib. Buna inadla yüksək inflyasiya, qlobal enerji və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ərzaq təhlükəsizliyi və Çin iqtisadiyyatının daha yavaş artım perspektivləri daxildir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər