15 noyabr 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Bu barədə Banker.az-a AMB-dən bildirilir.
Hərracda tələb 76.2 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, öncəki valyuta hərracı 10 noyabrda keçirilmişdi və 22.8 mln. dollar satılmışdı.
“Hərracda tələbin əvvəlki hərraclarla müqayisədə nisbətən yüksək olması ötən həftə bayram günləri ilə əlaqədar qrafik üzrə nəzərdə tutulmuş iki hərrac əvəzinə yalnız bir hərracın keçirilməsi səbəbindən toplanmış tələblə əlaqədardır”– deyə Mərkəzi Bankdan bildirilir.