18 C
Baku
Sunday, September 29, 2024

Peskov Ukraynada xüsusi əməliyyatın davam edəcəyini bildirib

Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatı davam edəcək.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ukrayna de-fakto və de-yure danışıqlar apara bilmir və aparmaq istəmir, xüsusi əməliyyat davam edəcək”, – Kremlin sözçüsü vurğulayıb.

Peskov Xersonun regionun paytaxtı olaraq qalıb-qalmaması sualına isə belə cavab verib: “Xerson Rusiya Federasiyasının tərkibində regionun paytaxtı olaraq qalır, başqa qərar qəbul edilməyib”.

Kremlin sözçüsü Fransa Prezidenti Emmanuel Makronun Ukrayna ilə bağlı danışıqlar prosesinə çağırışı haqqında danışarkən Rusiyanın danışıqlar masasını görmədiyini söyləyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər