25 C
Baku
Saturday, October 5, 2024

Ukraynanın enerji sistemi tarixinin ən çətin dövrünü yaşayır

Rusiyanın kütləvi raket zərbələri nəticəsində Ukraynanın enerji sistemi tarixinin ən çətin dövrünü yaşasa da, idarəetmə itirilməyib.

Bunu Ukrenerqo şirkətinin direktoru Vladimir Kudritski bildirib.

“Situasiya ciddir, hətta bütün tarix boyu ən ciddidir. Lakin biz sistemin idarə edilməsini saxlamışıq. Rusiya yenidən Ukraynanın enerji şəbəkəsini hədəfə alıb – ölkə boyu bütün obyektlər atəş altında olub” – deyə Kudritski bildirib.

Ukrenerqonun rəhbəri bildirib ki, raket zərbələri pik saatlarında endirilib. Sistemin çökməsinin qarşısını almaq üçün əksər ərazilərdə elektrik verilişi dayandırılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər