Bu ilin 10 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 3.8% artıb.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter hesabında yazıb.
Nazir qeyd edib ki, hesabat dövründə istehsal 23 748,6 mln. kVt/st təşkil edib.
Həmçinin, qeyd olunub ki, yanvar-oktyabr aylarında elektrik enerjisinin ixracı 2 101,2 mln. kVt/st, idxalı isə 115,7 mln. kVt/st olub.