Omanın dəniz sahillərinə yaxın ərazidə neft tankeri dron-kamikadze ilə hücum olub.
Bu barədə Associated Press məlumat yayıb.
Qeyd olunub ki, Liviya bayrağı altında üzən “Pacific Zircon” neft tankeri İsrailli milyarderə məxsus Sinqapur şirkəti olan “Eastern Pacific Shipping” tərəfindən icarəyə götürülüb.
Bu regionda fəaliyyət göstərən Britaniya hərbi təşkilatından verilən məlumatda da deyilir ki, hadisə barədə məlumat var və faktla bağlı araşdırma aparılır.