Rusiyanın Polşaya düşən raketlə heç bir əlaqəsi yoxdur.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskvanın Polşaya düşən raketlərlə heç bir əlaqəsi yoxdur: ”Hər şeyi öz adı ilə demək lazımdır. Rabitə kanalları mövcuddur. Polşa dərhal xəbər verə bilərdi ki, söhbət S-300-ün fraqmentlərindən gedir. Fakt odur ki, eskalasiya üçün heç bir əsas yox idi. Polşalıların əlində hər cür vasitə olub ki, söhbətin S-300 raketinin fraqmentlərindən getdiyini dərhal bildirsin və buna uyğun olaraq bütün ekspertlər dərhal başa düşəcəkdilər ki, bu, Rusiya silahlı qüvvələrinə aid olan raket ola bilməz”.