Türkiyənin podratçı şirkətləri Azərbaycanda 15.5 milyard ABŞ dolları dəyərində 450 layihəni öz öhdəsinə götürüb.
Bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət Müşavirliyinin baş müşaviri Ahmet Erdal “Qarabağın yenidən qurulması çərçivəsində yol, körpü və tunel tikintilərində tətbiq edilən müasir materiallar, mexanizmlər və istifadə qaydaları” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, Azərbaycan Türkiyənin podratçı şirkətlərinin dünyada ən çox layihə icra etdiyi 130 ölkə arasında 9-cu sıradadır: “Azərbaycanda 455 layihə icra etməyi öhdəmizə götürmüşük. Qeyd etdiyim 15.5 milyard ABŞ dolları dəyərində layihələrin 4.2 milyard ABŞ dolları dəyərində olan hissəsi quru yolları ilə bağlıdır”.
A.Erdalın sözlərinə görə, Qarabağda infrastrukturun bərpası və yenidən qurulması sahəsin 12 şirkətimiz tərəfindən təxminın 1.4 milyard ABŞ dolları dəyərində 32 layihənin icrası öhdəliyə götürülüb: “Bu layihələrin bir qismi bitib, bir qisminin isə icrası davam edir”.