2022-ci ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 663,8 min barrel olub. Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, hasil olunan neftin 547,2 min barrelini xam neft, 116,6 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasında qəbul edilmiş qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barrel xam neft hasilatı nəzərdə tutulurdu.