-3 C
Baku
Sunday, December 15, 2024

CNN: ABŞ-ın Ukrayna üçün silah sistemləri və sursatları tükənir

ABŞ-da Ukraynaya ötürülə bilən silah sistemləri və sursatları tükənmək üzrədir.

Bu barədə CNN telekanalı vəziyyətdən xəbərdar olan üç ABŞ rəsmisinə istinadən xəbər verib.

Onlardan biri qeyd edib ki, ABŞ ordusunun doqquz ay ərzində Kiyevə daimi göndərişlər səbəbindən ehtiyatları tükənib.

Xüsusilə, söhbət 155 mm-lik döyüş sursatlarından, həmçinin “Stinger” portativ zenit-raket komplekslərindən gedir. Eyni zamanda, rəsmilər vurğulayıb ki, Ukraynaya tədarüklər ABŞ ordusunun döyüş hazırlığının ehtiyatlarına təsir etmir, çünki hər bir çatdırılma strateji ehtiyatlara təsiri baxımından qiymətləndirilir.

Bundan əlavə, Avropalı müttəfiqlər öz qüvvələrinin təchizatını saxlamaq zərurəti ilə əlaqədar Ukraynanın hərbi tələblərini adekvat şəkildə ödəyə bilmirlər.

“Biz bu müharibənin bir neçə günə bitəcəyini düşünürdük, amma indi illər də ola bilər. Qlobal təchizat zəncirlərinin iflasa uğradığı bir vaxtda Qərbin tələbi belə çox yüksək səviyyədə qarşılaması çox çətin olacaq” – deyə, Nümayəndələr Palatasının üzvü Maykl Kuiqli bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər