1 C
Baku
Saturday, December 14, 2024

“Yapı Kredi Bank Azərbaycan” ISO 14001:2015 “Ətraf Mühiti İdarəetmə Sistemi” üzrə beynəlxalq sertifikatı Azərbaycan Respublikasında əldə edən ilk bank oldu!

®Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış  ISO 14001:2015 (Ətraf Mühitin İdarəetmə) standartı ekoloji təsirlərin müəyyənləşdirilməsi, bu təsirlərin ölçülərinin qiymətləndirilməsi və minimuma endirilməsi məsələlərində müəssisələrə və digər təşkilatlara köməklik göstərən vasitədir.

Bank fəaliyyəti çərçivəsində qabaqcıl beynəlxalq təcrübələri tətbiq edir və bu beynəlxalq sertifikatın əldə olunması ətraf mühitin mühafizəsinə, həmçinin bu sahədə görülən işlərin mükəməlləşdirməsinə təkan verəcəkdir.

Ekoloji İdarəetmə Sisteminin qurulmasının əsas məqsədi bank məhsulunun ilk mərhələsindən istehlakçıya təqdim edilməsinə qədər olan hər addımda ətraf mühitin təsirlərinin nəzərə alınmasıdır.  Azərbaycanda ISO 14001 sertifikatının tələblərini uğurla yerinə yetirən ilk bank olmaq, “Yapı Kredi Bank Azərbaycan”-nın ölkəmizin təbii ehtiyatlarını gələcək nəsillər üçün qorumaq səylərini nümayiş etdirir. Bank bu fəliyyətlə  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında Azərbaycan 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi istixana qazı emissiyalarının 40 faizədək azaldılmasına və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasına nail olmaq hədəfini dəstəkləyir.

Azərbaycanda ISO 14001:2015 sertifikatını əldə edən ilk bank olaraq, ekoloji göstəricilərimizi daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsirimizi minimuma endirmək əsas hədəflərimiz sırasında yer alır.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər