10 C
Baku
Wednesday, December 11, 2024

Gənclər və İdman Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürür

Gənclər və İdman Nazirliyi xidmət səviyyəsinin artırılması və daha çevik həllərə malik olmaq məqsədilə İT sistemlərinin “Hökumət buludu”na miqrasiyası çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure – as a Service) bulud infrastrukturu xidmətini əldə edib. Həmçinin nazirliyin “Microsoft Windows Server” məhsulları ilə təmin edilməsi də həyata keçirilib.

Banker.az xəbər verir ki, hazırda nazirliyin “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində təqdim edilən Rezervləmə (BaaS – Backup as a Service) bulud xidmətindən yararlanması ilə bağlı danışıqlar davam etdirilir.

Virtual infrastrukturların Data Mərkəzində yerləşdirilməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.

Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

Son xəbərlər
Digər xəbərlər