İranın nüvə silahını əldə etməməsi üçün tərəfdaşlarla birgə çalışılacaq.
Bu barədə Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverlin şənbə günü Bəhreynin paytaxtında Manamada çıxışı zamanı bildirib.
“Böyük Britaniya İrandan gələn təhlükənin qarşısını, adi silahların qaçaqmalçılığının qarşısını almaq və rejimin nüvə silahı istehsal etmək qabiliyyətinin əldə etməsinə mane olmaq üçün dostlarımızla işləmək əzmindədir”, – deyə nazir çıxışında deyib.
Onun sözlərinə görə, İranın nüvə proqramı bu gün heç vaxt olmadığı qədər irəliləyib və bu, bütün region üçün təhlükə yaradır.
Eyni zamanda, Böyük Britaniya Xarici İşlər Nazirliyi Tehranı Rusiyaya silahla yardım etməkdə ittiham edib.
Onun sözlərinə görə, bu proses Ukraynada xüsusi hərbi əməliyyatın tərkib hissəsi kimi istifadə olunur.
O, münaqişəni Ukraynanın suverenliyinin və ərazi bütövlüyü prinsiplərinin kobud şəkildə pozulması adlandırıb.
Kleverli Bəhreyndən sonra Qətərdə keçirilən Dünya Çempionatı çərçivəsində baş tutacaq İngiltərə-İran matçını izləyəcək.