ABŞ Ukraynaya 20 mlrd. dollardan çox hərbi yardım edib

“ABŞ Ukraynaya 20 milyard dollardan çox hərbi yardım göstərib və rəsmi Kiyevə dəstəyini davam etdirəcək”.

Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında deyib.

“İndiyədək Ukraynaya 20 milyard dollardan çox yardım göstərmişik. Bununla bağlı bəyanatlarımızı eşitmisiniz, Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstək verəcəyik”, – o vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər