“Ədliyyə Nazirliyinin “Mobil əhali” tətbiqi həm ölkə daxilində, həm xaricdə yaşayan soydaşlarımızın məkandan asılı olmayaraq və növbədə gözləmədən doğumun, ölümün elektron qaydada qeydə alınması, ailə vəziyyəti və ailə tərkibi haqqında elektron arayışları daha tez və rahat şəkildə əldə olunmasını təmin edir”.
Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova “Rəqəmsal Ədliyyə Yenilikləri” “Rəqəmsal Ədliyyə Yenilikləri” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, fiziki şəxslər dövlət qurumuna hər hansı sənəd təqdim etmədən müvafiq sənədləri əldə edə biləcəklər:
“Vətəndaş özünə aid fərdi məlumatlarda dəqiqləşdirmələr aparmaq istədikdə, o, tətbiq vasitəsi məlumatların dürüstləşdirilməsi məqsədi ilə dövlət orqanlarına müraciət edə bilər. Artıq bu tətbiqinə 400 mindən çox istifadəçi var”.