9 C
Baku
Thursday, December 12, 2024

Putin bu gün Ermənistana gedir

Rusiya Prezidenti Vladimir Putin bu gün Ermənistana səfər edəcək.

Rusiya lideri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçiriləcək iclasına qatılacaq.

Rusiya Prezidenti sonuncu dəfə Ermənistanda 2019-cu ildə Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində olub.

Kollektiv Təhlükəsizlik Şurasının tədbirində Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emomali Rahmon və KTMT-nin baş katibi Stanislav Zas iştirak edəcək.

Qeyd edək ki, hazırda KTMT-yə Errmənistan sədrlik edir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər